ArtsaxBaşlıcaSiyasət

Ermənistan bütün azərbaycanlı hərbi əsirləri geri qaytardı: Anna Nağdalyan

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əsirlər məsələsi ilə bağlı bəyanatına toxundu.

Anna Nağdalyan bildirdi ki, Ermənistan 9 noyabr 2020 tarixli üçtərəfli bəyanatın 8-ci maddəsi ilə götürdüyü öhdəliklərini yerinə yetirib və bütün azərbaycanlı hərbi əsirləri qaytarıb.

“Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı artan təzyiqi göstərir ki, beynəlxalq hərbi humanitar hüququn tələblərinə uyğun olaraq hərbi əsirlər və girov götürülmüş şəxslərin dərhal vətənə qaytarılması ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən konsensus formalaşır.

Əsirlərin azad edilməsi ilə bağlı beynəlxalq təzyiqlərin artması fonunda Azərbaycan saxta gündəmələr irəli sürərək, üzərinə götürdüyü humanitar öhdəliklərini yerinə yetirməməsi üçün bəhanəıər axtarır.

Ermənistan humanitar problemlərin həllində beynəlxalq tərəfdaşlarla hər zaman əməkdaşlıq etməyə hazırdır”,- deyə Anna Nağdalyan qeyd etdi.

Daha çox göstər
Back to top button