ArtsaxBaşlıca

Əliyev Qarabağ probleminin həll olunduğunu bildirərək xalqı lağa qoyur: Azərbaycandakı müxalifət lideri

Azərbaycanda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli “Facebook” səhifəsində Artsax Müdafiə Ordusunun hərbçilərinin 9 May münasibətilə keçirdiyi yürüşü şərh edərək, İlham Əliyevi Qarabağ məsələsi ilə bağlı yalan danışmaqda günahlandırıb:

Kərimli yazıb: “Çox məyusedici və düşündürücü mənzərədir. İlham Əliyevin “azad edilmiş” elan etdiyi Xankəndidə (red. Stepanakert) bu gün nəinki Rusiya ordusu, hətta separatçı rejimin 1000 nəfərə yaxın silahlı qüvvələri də hərbi yürüş keçirdi. Rejim anlamalıdır ki, “torpaqlarımız tam azad edilib”, “ərazi bütövlüyümüz tam təmin olunub”, “Qarabağ problemi həll olunub, tarixdə qaldı” tipli yalanlar gülməli olmadığı üçün adamlarda ikrah hissi yaradır. Minlərlə igidimizi şəhid və qazi etmiş erməni silahlı qüvvələri Xankəndidə meydan sulayırkən, Rusiya ordusu Xankəndi də yox, Xocalı aeroportunda parad keçirirsə, “Qarabağ problemi bitib”, “torpaqlarımız tam olaraq işğaldan azad olub” demək xalqı ələ salmaqdır”.  

Daha çox göstər
Back to top button