Başlıcaİctimaiyyət

Amerikalı erməni alimlər Ermənistanda elmi araşdırmalara böyük investisiyalar qoymaq niyyətindədirlər

Ali Komissar Zareh Sinanyan ABŞ-a səfəri çərçivəsində Hero House mərkəzində Amerikanın Erməni Mühəndisləri və Alimləri Birliyinin üzvləri ilə görüşdü.

Görüşdə qeyd olunub ki, Birlik, komissar ofisi ilə mümkün qədər sıx işləməyə hazırdır. Daha sonra Ermənistanın elmi-tədqiqat sahələrinə böyük investisiyalar cəlb etməyi hədəfləyən, hazırda ER İqtisadiyyat və Yüksək Texnologiyalar Sənaye Nazirlikləri ilə əməkdaşlıq etdikləri Birlik proqramları təqdim edildi.

Birlik öz modelini Avropa, Rusiya və Avstraliyadakı erməni alimləri arasında yaymaq, onları bir dam altında birləşdirmək istəyir. Ermənistanda diaspor erməni mütəxəssisləri üçün qısamüddətli könüllü proqramlarının inkişafı, Ermənistan universitetləri ilə əlaqələrin qurulması, ümumerməni elmi olimpiadalarının keçirilməsi və erməni məktəblərində tədqiqat bacarıqlarının tətbiqi ilə bağlı məsələlər müzakirə edildi.

Daha çox göstər
Back to top button