BaşlıcaSiyasət

ER prezidenti planları qarışdırdı: Ermənistanda seçkilərin ikinci turu keçirilə bilər

Ermənistanda planlaşdırılan növbədənkənar seçkilər bir turda başa çatmaya bilər. Parlamentdə brifinqləri zamanı “Mənim addım” fraksiyasının üzvü Hamazasp Danielyan bunun hansı halda baş verə biləcəyini şərh etdi.

“Parlamentin növbədənkənar seçkiləri nəticəsində siyasi qüvvələrdən biri ən azı 54% deputat mandatını ala bilməsə və 6 gün ərzində üç qüvvə arasında koalisiya yaratmaq mümkün olmasa, Ermənistanda seçkilərin ikinci turu keçiriləcək”,-Danielyan qeyd etdi.

O qeyd edib ki, bu norma mövcud Seçki Məcəlləsində nəzərdə tutulmuşdur, amma “Mənim addım” tərəfindən keçən həftə qəbul edilmiş Seçki Məcəlləsinə edilən dəyişikliklərlə koalisiyalarla bağlı qanunvericilik tələbini 20 İyun seçkilərinə qədər dəyişdirmək istəyirdilər. Bununla birlikdə, ER prezidenti yeni qanunu vaxtında imzalamadığı üçün 20 iyun seçkiləri zamanı tətbiq edilməyəcək.

Xatırladaq ki, yeni qəbul edilmiş qanunda siyasi koalisiyaların yaradılması qaydası dəyişdirilir. Seçkilərdə səs çoxluğu qazanan partiyaya və ya bloka üstünlük verilir.

Daha çox göstər
Back to top button