
Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla brifinq zamanı Bakıda işləyən operatorlara narazlıqla söyləyib: “Uşaqlar, sizi narahat edmirikmi?”.
O, iki nazirin çıxışlarına hörmətlə yanaşmağa çağırıb.
Belə vəziyyət 2015-ci ilin avqust ayında da olub. Səudiyyə Ərəbistanının Xİ naziri Adel əl-Cubeyrlə keçirdiyi mətbuat konfransında Lavrov çıxışını yarımçıq qoydu və salonda oturanlardan birinə demək olar ki, eyni sözlərlə dedi: “Sizi narahat etmirik?”