Azərbaycan işğal altındakı ərazilərdə erməni məzarlarını məhv edərək, qəbir daşlarından yol tikintisi üçün tikinti materialı kimi istifadə edərək vandalizm siyasətini davam etdirir. Bu barədə Artsaxın Ombudsmanı Geğam Stepanyan yazdı.
“Erməni məzarlarının məhv edilməsi Azərbaycan rəhbərliyinin erməni xalqına, onun yaratdlğl dəyərlərinə və xatirəsinə olan nifrət və hörmətsizliyi bir daha göstərdi.
Onların bu davranışı bizim üçün yeni bir şey deyildir, biz dəfələrlə Artsax ərazisində Azərbaycanın erməni xalqının həyatına, mülkiyyətinə, tarixi dəyərlərinə və yaddaşına qarşı vəhşiliklərinin şahidi olduq.
Azərbaycanın cinayətkar davranışının məqsədi aydındır – işğal olunmuş ərazilərdə ermənilərin əsrlər boyu mövcudluğuna dair hər hansı bir izi və sübutu məhv etmək istəyirlər.
Erməni məzarlarını təhqiri və məhv etməklə Azərbaycan yalnız adət hüququ normalarını deyil, həm də ləyaqətinə, şəxsi və ailə həyatına hörmət etmək hüququnu kobud şəkildə pozur.
Azərbaycan beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur edilməlidir. Azərbaycanın törətdiyi cinayətlər cəzasız qalmamalıdır”,- deyə Ombudsman vurğuladı.