
Ermənistan Respublikasının Ombudsmeni Arman Tatoyan Azərbaycan prezidenti İlham Əliyevin ermənifobiya və düşmənçilik siyasətindən xəbər verən çıxışlarını BMT-yə göndərib.
Azərbaycan prezidentinin bir sıra çıxışları BMT-nin irqi diskriminasiyanın ləğvi komissiyasına, Avropa Şurasının irqçilik və dözümsüzlüklə mübarizə üzrə komissarına və insan haqlarına cavabdeh başqa beynəlxalq qurumlara göndərilib.
Bu barədə Ombudsmen Facebook səhifəsində yazdı.
Söhbət Azərbaycan prezidentinin 2021-ci ilin aprelində etdiyi çıxışlardan və verdiyi bəyanatlardan gedir: “Göndərilmiş çıxışlarda Azərbaycan lideri zor və təhdid dili ilə danışır, erməni xalqının şərəf və ləyaqəni alçaldan sözlərdən istifadə edir. Onun çıxışları hədə-qorxu səciyyəsi daşıyır, erməni cəmiyyətində gərginlik yaradır və o bu çıxışlarında Azərbaycan xalqının üstünlüyünü vurğulayır”.
Ombudsmen bunu da bildirib ki, bu proses davam etdiriləcək, Azərbaycan prezidentinin çıxış və bəyanatları bundan sonra da xüsusi monitorinq ediləcək.
“Ermənistan insanının hüquqlarının müdafiəçisinin məqsədi Azərbaycan hakimiyyətinin soyqırım siyasətini, onun insan haqlarının kobud pozulmasına səbəb olduğunu, yeni qəddarlıq hədəsi ehtiva etdiyini, sülh və təhlükəsizliyi təhdid altında qoyduğunu göstərməkdir”,-Tatoyan vurğuladı.