
Freedom House” təşkilatı “son silahlı qarşıdurma zamanı Azərbaycan tərəfindən tutulan ermənilərə qarşı qeyri-insani rəftar və zorakılıq məlumatları”ndən çox narahatdır.
Azərbayca tərəfindən saxlanılan erməni hərbi əsirlərə və mülki şəxslərə qarşı işgəncələrlə bağlı məlumatlara cavab olaraq, “Freedom House” Azərbaycan hakimiyyətini “Avropa İnsan Hüquqları Məhkəməsinin erməni əsirlərə (statusundan asılı olmayaraq) qarşı qeyri-insani rəftar iddialarını araşdırma səylərini dəstəkləməyə” çağırır.
“Avropa İnsan Hüquqları Konvensiyasının tərəfi olaraq, Azərbaycan bu ciddi məsələlərin şəffaf araşdırılmasını təmin etmək üçün məhkəmə ilə sıx əməkdaşlıq etmək məcburiyyətindədir”,- deyə təşkilat bildirdi.
Bəyanatda qeyd olunur ki, sosial şəbəkələrdə olan videolarda ermənilər Azərbaycanda işgəncələrə məruz qalırlar.
Ermənistan hökuməti Azərbaycandakı erməni əsirlərin taleyini araşdırnaa üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdi. Mart ayında AHİm 188 şəxs üçün qərar qəbul etdi.
AİHM eyni zamanda həbs olunanların saxlanma şəraiti və onların vətənə qaytarılması barədə məlumatlar vermək üçün Azərbaycan hökumətinə müraciət etdi”,- deyə Freedom House-nin bəyanatında qeyd olunub.