BaşlıcaSiyasət

Litva “uğur hekayəsini” Ermənistanla paylaşmaq istəyir: Litva Baş naziri Mirzoyanı qəbul etdi

Litva “uğur hekayəsini” Ermənistanla paylaşmaq istəyir. Bunu Litva Baş naziri İngrit Şimonite Ermənistan parlamentinin sədri Ararat Mirzoyanı Vilnusda qəbul etdiyində bildirib. Məlumatı Sputnik Litva yayıb.

Litva hökumətinin başçısı düşünür ki, Ermənistanda “daha çox Avropa” olarsa, ölkə daha zəngin və təhlükəsiz olacaqdır. Odur ki, Vilnius Yerevanla demokratik islahatların təcrübəsi və uğurlarını paylaşmağa hazırdır.

Şimonite, Litvanın Ermənistanla ortaq turizmi inkişaf etdirmək istədiyini də qeyd etdi.

Xatırladaq ki, Ermənistan parlamentinin nümayəndə heyəti Litvada rəsmi səfərdədir.

Daha çox göstər
Back to top button