BaşlıcaSiyasət

Nikol Paşinyan TŞ-nın iclasında: “Azərbaycan tərəfinin “Sev lic” sahəsində əməlləri qəbuledilməzdir”

Təhlükəsizlik Şurasının iclasında “Sev lic”(Qara göl) sahəsində yaranmış vəziyyəti və sonrakı addımlarımızı müzakirə etdik. Ermənistanın suveren ərazilərinə təcavüz dözülməzdir. Bu haqda Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının gecə yarı keçirilən iclasında bəyan edib.

Nikol Paşinyan çıxışında xüsusiylə qeyd edib:

 “Təhlükəsizlik Şurasının bugünkü iclası Sünik vilayətinin “Sev lic” və ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Azərbaycan silahlı qüvvələri  mayın 13-də  səhər Ermənistan Respublikasının dövlət sərhədini o ərazidən keçərək 3,5 kilometr dərinliyə enib.Göründüyü kimi “Sev lic” gölünü mühasirəyə almaq cəhdini edib.

Əlbətdə ki, bu hərəkətlər Ermənistan Respublikası üçün dözülməzdir, çünki bu, Ermənistan Respublikasının suveren ərazisinə təcavüz olduğunu  qeyd etmək lazımdır.

Qeyd edək ki,ER Silahlı qüvvələri hadisələrə səhər tezdən reaksiya vermiş və lazımi taktiki və digər tədbirlər görülmüşdür.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan silahlı qüvvələrinin hərəkətləri atıcı silah və ya başqa bir silahın istifadəsi ilə olmayıb.

Onlar öz əməllərini  hansısa  xəritələrlə əsaslandırmağa cəhd edirdi hansılar ki, bizim  nəzərimizcə saxta idi.

Ona görə ki, bizim nəzarətimiz altında hələ Sovet İttifaqı dövründə Sovet Ermənistanı və Sovet Azərbaycanı arasında təstiq olunmuş, eləcə də Mərkəzi hakimiyyət tərəfindən təstiqlənmiş xəritədir.Orada  aydın şəkildə təsvir olunur ki,Ermənistan və Azərbaycan  arasında sərhəd xətti necə keçir.

Hər halda vəziyyət qəbuledilməzdir. Mövcud vəziyyətə dözə biləcəyimiz və güzəştə gedəcəyimiz bir yol olmadığını açıq şəkildə bildirməyinizi istəyirəm.

Bu gün  Təhlükəsizlik Şurası iclasında hazırkı vəziyyəti və gələcək görüləsi işləri, mümkün senariləri və həmin senarilər arasında mövcud qarşlıqlı bağlılığı müzakirə etməliyik.

Təəssüf ki, vəziyyətin daxili siyasi spekulyasiyalara da səbəb olduğunu vurğulamaq lazım olduğunu düşünürəm.

Xarici təhlükəsizlik vəziyyətindən daxili siyasi məqsədlər üçün istifadə etməyə çalışmadığınızı bir daha israr etmək istəyirəm, çünki bu milli təhlükəsizlik məsələsidir, bu halda problemə və həllinə diqqəti cəmləşdirməliyik.

Yenə də qeyd etmək istərdim ki, atışma, düşmənçilik, yaralananlar, qurbanlarla bağlı məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur.

 Digər tərəfdən qeyd etmək lazıımdır ki,vəziyyət ən azından kritik olmasa da bənzər olmasına diqqət yetirilməlidir. Əgər belə olmasaydı, Təhlükəsizlik Şurasının iclasını çağırmaq imkanımız olmazdı.

Hər halda, bu vəziyyətdə soyuq qanlı olmağımız lazımdır. Digər tərəfdən dövlətimizi və milli maraqlarımızı qorumaq baxımından ardıcıl olmalıyıq. Biz bu gün nə edəcəyimizə və hansı vasitələrdən istifadə edəcəyimizə dair qərar verməliyik”.

Daha çox göstər
Back to top button