BaşlıcaSiyasət

Syunikdə təhlükəli vəziyyət yaranıb: Təhlükəsizik Şurasının iclası keçirilib

ER Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan öz facebook səhifəsində Təhlükəsizlik Şurası iclasındakı bəyanatını paylaşıb. 

“Hörmətli Təhlükəsizlik Şurasının üzvləri,

Əziz həmvətənlər,

Artıq ikinci gündür ki, Syunik bölgəsinin Sev Lic (Qara göl)ətrafında və yaxınlığında təhlükəli vəziyyətdir. Səbəb odur ki, Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçularının bəzi qrupları Ermənistanın dövlət sərhədini yararaq “Sev lic”i mühasirə almaq məqsədilə tədbirlər əldə edib. Ermənistan Silahlı Qüvvələri taktiki əks tədbirlər həyata keçirib. Bəzi yanaşı ərazilərdə yerləşən azərbaycanlılar silahlı qüvvələrimizin taktiki əks hücumları nəticəsində yerləşdirilmiş mövqeləri tərk edib. Bu günə qədər nə Ermənistan, nə də Azərbaycan silahlı qüvvələri tərəfindən odlu silahdan və ya digər silahdan istifadə etmək hadisəsi qeydə alınmayıb. 

Bununla birlikdə, Azərbaycan silahlı qüvvələrinin təxminən 250 üzvü hələ də dövlət sərhədlərimizin daxilində – Syunik və Geğarkunik bölgələrinin bəzi hissələrində qalmaqdadır. Vəziyyətin hərtərəfli və dərindən qiymətləndirilməsi açıq şəkildə göstərir ki, azərbaycanlıların törətdikləri təxribatdır və onun daha geniş hərbi-siyasi hədəfləri ola bilər. Yəni azərbaycanlılar bu ərazidə Ermənistan-Azərbaycan sərhədinin yerli problemlərini həll etmək üçün deyil, hərbi qarşıdurmaya təhrik etmək məqsədilə keçmiş ola bilərlər.

Aşağıdakı faktlar bunu sübut edir:

Birinci։ Azərbaycan silahlı qüvvələrinin nümayəndələri həmin ərazidə olduqlarını açıq şəkildə saxtalaşdırılmış xəritələrlə izah etməyə çalışır, o xəritələrlə Azərbaycan ərazisi olduğunu əsaslandırmağa cəhd edirlər. 

Qeyd etdiyim kimi, Sovet ittifaqı dövründə təsdiq edilmiş xəritələr sübut edir ki, Azərbaycanın bu iddiaları əsassızdır və bunu özləri, azərbaycanlılar da bilir. 

İkinci: təxribatların başladığı gün Azərbaycan bəyan edib ki, mayın 16-da 15 min hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirəcəklər. 

Üçüncüsü: hələ aprelin sonunda Azərbaycan prezidenti Ermənistanın ərazi bütövlüyünə qarşı açıq-aydın təhdidlərlə çıxış edərək, deyib ki, gücün tətbiqi ilə Azərbaycan və Naxicevan arasında dəhliz, yəni “Zangəzur dəhlizi”  açacaqdır. 

Bizim qiymətləndirdiyimizə görə, yaranmış vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsinin 2-ci maddəsinin ikinci hissəsinə uyğundur. Buna əsasən, “bir və ya bi neçə üzv dövlətin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhdid edən təhlükə olarkən və ya beynəlxalq sülhə və təhlükəsizliyə təhdid edən təhlükə olarsa üzv dövlətlər dərhal birgə məsləhətləşmələr mexanizmini aktivləşdirəcək, öz mövqelərini koordinasiya edəcək və yaranmış təhdidi aradan qaldırmaq üçün tədbirlər görəcəklər.. 

Yuxarda qeyd olunandan çıxış etməklə, Ermənistan Respublikası Xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyana, Müdafiə naziri səlahiyyətlərini icra edən Vağarşak Harutyunyana, Təhlükəsizlik Şurasının katibi Armen Qrigoryana tapışırıram: 

Birincisi  – Kollektiv Təhlükəsizlik Müqaviləsinnin ikinci maddəsinə əsasən, nəzərdə tutulan məsləhətləşmələrin başlanması istiqamətində, xüsusilə də KTMT-ə üzv dövlətlərin mövqelərini koordinasiya etmək və yaranmış təhdidi aradan qaldırmaq üçün tədbirlər görsünlər.

İkinci – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 10 dekabr 2010-cı il tarixli böhran vəziyyətlərinə cavab nizamnaməsi ilə nəzərdə tutulmuş prosedurların başlanması üçün tədbirlər görülməlidir. Bununla bağlı xatırlatmaq istəyirəm ki, böhran vəziyyətlərinin həllinə yönəlmiş birgə  tədbirlərə dair qərar qəbul etmək mexanlzmi müəyyənləndirilir.

Hörmətli tərəfdaşlar,

Qeyd etmək istəyirəm ki, hazırda hadisələrin qeyd olunan səhnəsində hər hansı atışma və qarşılıqlı atışma hallarının olmamasına baxmayaraq, hadisələrin daha da gərginləşməsinin qarşısını almaq və Ermənistan Respublikasının ərazi bötüvlüyünü, sabitliyini və suverenliyini qorumaq üçün Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının yuxarıda göstərilən prosedurlarının sürətlə həyata keçirilməsi lazımdır. Və bu tədbirləri biz, Kollektiv Müqaviləsi Təşkilatının üzvü olaraq nəzərə alırıq”.

Daha çox göstər
Back to top button