Mayın 13-də ER Dövlət katibi vəzifəsini icra edən Ara Ayvazyan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Filip Riker ilə telefon danışığı aparıb.Bu haqda ER Xarici işlər nazirliyi məlumatlandırıb.
Telefon danışığının mərkəzində regional təhlükəsizlik və sabitlik məsələsi dururdu. Nazir vəzifəsinin icraedicisi Ayvazyan söhbətində Ermənistanın süvenir ərazilərində Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribat xarakterli əməllərini və bunun nəticəsində yaranan vəziyyəti təffərrüatlı şəkildə təqdim etdi.
Ara Ayvazyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı hərəkətlərinin qəbuledilməz olduğunu vurğuladı.
Ermənistan Xarici işlər naziri beynəlxalq ictimaiyyətin Ermənistanın suverenliyinə edilən bu cür təcavüzlərə qarşı tolerantlığının bölgədə sabitliyin pozulması təhlükəsi ilə dolu olduğunu qeyd etdi.