
Ermənistan artıq KTMT-yə rəsmi müraciət edib. Üç günlük müddət nəzərdə tutulur. Bu barədə ER Baş nazirinin vəzifəsini icra edən Tigran Avinyan Gorisdə jurnalistlərlə söhbətində qeyd edib.
Onun sözlərinə görə, bu gün Azərbaycan tərəfi ilə Syunikdə aparılan danışıqlarda yekun nəticə yoxdur.
“Əminəm ki, bu və ya digər mərhələdə, son nəticələrə nail olacağıq. Çünki Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisini keçməsi çox açıqdır, vəziyyəti sülh yolu ilə həll etmək istəyirik”- Avinyan qeyd edib.
“Ümid edirəm ki, burada pis ssenarilərimiz olmayacaq”-o qeyd edib.
Avinyan qeyd edib ki, Ermənistanın KTMT-yə müraciəti, bu cür ssenarilər zamanı vəziyyətin daha da dərinləşməməsi üçün nəzərdə tutulur.
“Sputnik Armenia”nın nə qədər pis ssenari olduğuna dair sualına cavab olaraq Avinyan qeyd edib ki, azərbaycanlılar həqiqətlə heç bir əlaqəsi olmayan saxta xəritələr göstərir və bu xəritələr əsasında Azərbaycan ordusunun irəliləyərək ö ərazisi olduğunu elan edir.