BaşlıcaSiyasət

Ermənistan Parlamenti Azərbaycanın ER-nın ərazi bütövlüyünə təcavüzünü pisləyən bəyanat qəbul etdi

ER Parlamenti növbədənkənar iclasda”Çiçəklənən Ermənistan” fraksiyası tərəfindən təqdim edilən “Sərhədyanı zonalarda, xüsusən də Syunik, Geğarkunik, Vayots Dzorda yaranmış böhran vəziyyəti, mövcud problemlər, həll yolları, sərhədlərin qorunması və təhlükəsizliyin təmin edilməsi haqqında” ER Parlamentinin bəyanat layihəsini yekdilliklə qəbul etdi.

86 deputat səs verdi, əleyhinə və ya bitərəf qalan olmadı.

Daha əvvəl deputat Arman Abovyan bəyanat layihəsinin mətni və əsaslandırılılmasını oxumuşdu.

“Ermənistan Respublikası Parlamenti qeydə alır ki, 12 may 2021-ci il tarixində Syunik bölgəsində Sev lic ərazisindən Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının dövlət sərhədini keçərək Verişen yaşayış məntəqəsinə doğru bir neçə kilometr dərinləşib. Ermənistan Respublikası Müdafiə Nazirliyi təsdiq edib ki, Azərbaycan silahlı qüvvələri tərəfindən “sərhədləri müəyyənləşdirmək” bəhanəsi ilə Syunik sərhəd bölgələrindən birində guya müəyyən işlər aparılıb.

Aydındır ki, Azərbaycan silahlı qüvvələrinin bu hərəkətləri Ermənistan Respublikası üçün qəbuledilməz, bu, Ermənistan Respublikasının suveren ərazisinə aşkar təcavüzdür və Ermənistan Respublikası vəziyyətə dözməyəcəkdir.

Bu il 13 may tarixində Ermənistan Respublikası Təhlükəsizlik Şurasınındaha bir növbədənkənar iclası keçirildi, iclasda qeyd edilib ki, ikinci gündür Syunik bölgəsində Sev licin yaxınlığında partlayıcı bir təlükəli vəziyyətdir. Hazırda Azərbaycan silahlı qüvvələrinin təxminən 250 üzvü Ermənistan Respublikası ərazisində, Syunik və Geğarkunik bölgələrinin bəzi yerlərində olmağa davm edir.

Azərbaycanın apardığı anti-erməni siyasətini nəzərə alaraq, son vaxtlar Azərbaycan rəhbərliyi tərəfindən Ermənistan Respublikasının ərazi bütövlüyünə yönələn açıq təhdidlər, o cümlədən güc tətbiqi ilə təhdid edilən bəyanatlar və dövlət siyasətisəviyyəsinə qaldırılmış ermənofobiyanı nəzərə alaraq, Ermənistan Respublikasının Parlamenti Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyünə təcavüzlərini qətiyyətlə qınayır və qeyd edir ki, Azərbaycanın yürütdüyü təcavüzkar siyasəti, beynəlxalq hüququn əsas normalarını, o cümlədən BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit edilmiş prinsipləri pozur, bu da Ermənistan Respublikasınabeynəlxalq hüquqa və Ermənistan Respublikasınınqanunvericiliyinə uyğun olaraq Azərbaycanın təcavüzünə cavab vermək hüququnu verir.

Parlament Ermənistan Respublikası xalqı adından elan edir:
• Azərbaycanın hərbi təcavüzünü dayandırmaq və dövlət sərhədimizi və xalqımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik.
• beynəlxalq ictimaiyyəti Azərbaycanın Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat xarakterli hərəkətlərini, güc tətbiqetmə təhdidlərini və faktiki güc tətbiqini qınamağa çağırırıq.”
Beyanat layihəsinin əsaslandırılması.

“Ermənistan Respublikası Parlamenti əsas mandata sahib olan yeganə qurum olaraq cari il mayın 12-də Azərbaycan silahlı qüvvələrinin ərazimizə daxil olma səbəbindən ölkədəki böhranlı vəziyyətdə ki, Azərbaycan silahlı qüvvələrinin nümayəndələri geri çəkilməyib və danışıqlar zamanı öz başlanğıc yerlərinə qayıtmaqdan imtina edəndə qonşu ölkənin ölkəmizin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünə qarşı düşmən hərəkətlərini və təcavüzlərini qətiyyətlə qınayır.

Layihənin qəbulu aşağıdakıları təmin edəcəkdir:
• Ermənistan Respublikasının ərazi bütövlüyü və ona qarşı istənilən təcavüz.
• Ermənistan Respublikası sərhəd sakinlərinin hüquqları və dinc həyatı, fiziki və əqli toxunulmazlığı
• Azərbaycanın davam edən anti-ermənilik siyasətindən fərqli olaraq, Ermənistan tərəfinin bölgədəki beynəlxalq birliyə təqdim etdiyi sülh və təhlükəsizlik perspektivləri.

Ermənistan Respublikasının təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək, sakinlərin hüquqlarını, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq fiziki və əqli toxunulmazlığı təmin etmək”.

Daha çox göstər
Back to top button