BaşlıcaSiyasətTəhlil

KTMT Azərbaycana təzyiq göstərməli, bu kömək etməzsə təcavüzkara qarşı güc tətbiq etməlidir

“Orbeli” Analitik Mərkəzinin eksperti Taron Hovhannisyan Sputnik Armenia ilə Azərbaycan silahlı qüvvələrinin Syunik bölgəsinin İşxanasar kəndində həyata keçirdiyi təxribat xarakterli hərəkətlərdən və KTMT-nin verə biləcəyi cavabdan danışıb.

Taron Hovhannisyanın sözlərinə görə, KTMT və Rusiya Federasiyası Artsax müharibəsinə müdaxilə etmədi, çünki Artsaxın Ermənistan Respublikasının ərazisi olmadığını qeyd edirdilər, ancaq indi Azərbaycan birbaşa ER ərazisinə təxribat törədib və dövlət sərhədimizi pozub, beləliklə də KTMT dərhal müdaxilə etməlidir, çünki Ermənistan bu təşkilatın üzvüdür.

“KTMT-nin Syunikdəki hadisəyə müdaxilə etməsi, Azərbaycan tərəfini öz qoşunlarını Ermənistan Respublikası ərazisindən çıxarmağa məcbur etməsi üçün hər cür əsas var. ER XİN-in yaydığı bəyanatdan o quruluşdakı daimi nümayəndəmizin artıq baş verənlər barədə həmkarlarına məlumat verdiyini bilirik, o, Ermənistanın Azərbaycan tərəfindən açıq təcavüzə məruz qaldığını və Azərbaycanın geri çəkilməsi üçün hər şey edilməli olduğunu qeyd edib”.

Hovhannisyanın fikrincə, indi Ermənistan problemi diplomatik yolu ilə həll etməyə çalışır, əks halda KTMT öz öhdəliklərini yerinə yetirməli və Azərbaycana təyqiz göstərməlidir. Bu yardım etməsə təcavüzkara qarşı güc tətbiq etdilməlidir, çünki KTMT üzv ölkəsinin dövlət sərhədi pozulmuşdur.

Daha çox göstər
Back to top button