Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində gərginlik və Azərbaycan qüvvələrinin təcavüzkar meylləri mövcuddur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsində və Ermənistan-Rusiya strateji sistemində nəzərdə tutulmuş reaksiya prosedurlarını aktivləşdirir. Bunu ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ER Təhlükəsizlik Şurasının iclasındakı çıxışını Facebook-da paylaşaraq yazıb.
Paşinyan qeyd edib ki, TŞ iclasından sonra Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində gərginlik və Azərbaycan qüvvələrinin təcavüzkar meylləri mövcuddur. “Daxili təhlükəsizlik tədbirlərinə əlavə olaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi və Ermənistan-Rusiya strateji sistemi çərçivəsində reaksiya prosedurlarını daha da aktivləşdirir”,-deyə o qeyd etdi.