
“Lragir.am” saytı yazır: “İnternet mediasında yer alan məlumata görə, iki ölkə – Azərbaycan və Türkiyə arasında, 44 günlük Qarabağ müharibəsi zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri “müharibə cinayətlərini” araşdırmaq üçün birgə komissiya yaradılıb. Bu komissiyaya 30 ölkədən nümayəndələr daxildir. Ancaq diqqətçəkən odur ki, komissiya üzvlərinin hansı ölkələri təmsil etdikləri göstərilməyib. Bu komissiya üzvlərinin böyük əksəriyyətinin antierməni baxışlarına sahib olduqları və türkdilli ölkələri təmsil etdikləri məlumdur: məsələn, Dünya Türk Yazarları Birliyinin sədri Saliha Kurt, İslam Elmçiləri Birliyinin baş direktoru, professor Bayram Altan və əlbətdə ki, “İnsan cəsədlərini tamponlama metodu” kimi sahələrdə ixtisaslaşmış hüquqşünası-kriminalisti olan tanınmış ermənofob Oleq Kuznetsov.
Heç kimə sirr deyil ki, “həqiqəti” müəyyənləşdirmək üçün Azərbaycan-Türkiyə komissiyası fəaliyyətində çox qərəzli olacaq. “Həqiqət” i müəyyənləşdirmək üçün komissiyanın fəaliyyəti Əliyev klanı üçün siyasi dividentlərin toplanmasına yönəlib. Rəsmi Bakının maliyyə dəstəyi və siyasi iradəsi ilə komissiya “böyük uğurlar” əldə edəcəkdir. Yaradılan komissiya birbaşa Azərbaycan və Türkiyə hökumətlərinin nəzarəti və diktəsi altında işləyəcək. Komissiya siyasi marketinq aləti və antierməni hisslərini yaymaq və özünə iş ortaqları cəlb etmək vasitəsidir”.