
Beynəlxalq hüquq mütəxəssisi və parlamentdə “Lusavor Hayastan” fraksiyasının üzvü Taron Simonyan, “Hayastani Hanrapetutyun”qəzeti ilə söhbətində qeyd edib ki,4-cü amilində silahlı yardım olmalıdır.
Digər maddəylə isə sadəcə regional təhlükəsizlik məsələlərliə bağlı məsləhətləşmələr başlanır.
Bu müraciətdən sonra KTMT hansı əməliyyatlara əl ata bilər, sualına toxunarkən həmsöhbətim qeyd etdi ki, məsələhətləşmələrə başlanacaq.
Ondan sonra ya ola bilsin heç nə baş verməsin, yaxud bəzi güc tədbiqi ola bilər. Hər şey hadisələrin gələəck gedişatından asılıdır.
“Ermənistan ərazisinə qarşı edilən bu hərəkət yalnız güc təhdidi deyil, eyni zamanda güc tətbiqinin açıq bir təzahürüdür. Faktiki gücdən istifadə olunub.Ona görə ki, ER ərazisində silahlı dəstələr daxil olub.
Bu olay beynəlxalq hüquqa əsasən güc tətbiqinə bərabərdir. Odur ki, yalnız KTMT-nin müvafiq alətlərindən istifadə edilə bilməz, eyni zamanda BMT Təhlükəsizlik Şurasına müraciət edilməli və bizə qarşı hələ də güc tətbiq edildiyi bildirilməlidir.
Ermənistanın BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə əməliyyatlarına əl atmağa hüququ çatır” – deyərək mütəxəssis ölkəmizin ərazi bütövlüyü prinsipinin pozulduğunu vurğulayıb.