BaşlıcaSiyasət

Nikol Paşinyan: “Ermənistan Respublikası heç vaxt dəhliz məsələsini müzakirə etməyib etməyəcəkdir”

 Baş nazir səlahiyyətini icra edən  Nikol Paşinyan başçılığında Təhlükəsizlik Şurasının iclası keçirildi.

ER Baş nazirinin  informasiya və ictimaiyyətlə  əlaqələr  şöbəsindən bildirildiyi kimi, iclasın əvvəlində Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə və onun həlli üçün atılan addımlara toxunmuşdur.

Baş nazir icraedicisi  çıxışında xüsusiylə deyib:  

“Hörmətli həmkarlarım, Təhlükəsizlik Şurasının bugünkü iclasında son günlərdə olduğu kimi,  erməni-azərbaycan sərhədindəki vəziyyəti müzakirə etməliyik.

Mayın 12-dən sonra, Azərbaycan silahlı qüvvələrinin əsgərləri Ermənistanın sərhəd xəttini yarmışlar. Hadisə aşağıdakı dəyişikliyin, yaxud daha doğrusu  aşağıdakı dinamikası olub.

Bu ayın 14-dən başlayaraq bəzi   hərbqulluqçular ER-sı ərazisindən çıxıbdır.Oxşar proses eləcə də dünən axşam çağı baş verib. Həmçinin  bu gün baş verə biləcəyinə dair bir işarə var, ümumiyyətlə hərbi-siyasi vəziyyətin ayın 12-dən sonra dəyişmədiyini düşünürəm.Bəzi qruplar   gedib.Amma bundan vəziyyət dəyişilməyib.

Bu nə deməkdir, bu o deməkdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizmlərini işləməyə davam etməliyik, Ermənistan-Rusiya ittifaq mexanizmlərini işə salmağa davam etməliyik, əsgərlər Ermənistan Respublikasının ərazisini tərk etməlidirlər.

İstəyirəm ki, təkrarən xatırladım ki, Azərbaycan prezidentinin dilə gətirdiyi “Zəngəzur dəhlizi” tezisi uzun müddətdir Ermənistanda  danışılır və ya inkişaf etdirilir.

Buradakı tanınmış siyasi dairələrin Azərbaycanın informasiya mübarizəsinin agentləri kimi çıxış etdiyini vurğulamağın çox vacib olduğunu düşünürəm. Vurğulamaq istərdim ki, Ermənistan Respublikası heç vaxt dəhliz məsələsini müzakirə etməyib və etməyəcəkdir.

Keçirdiyimiz müzakirələr ictimaiyyət üçün açıq olub və üçtərəfli işçi qrupunun yanvarın 11-də  birgə bəyannamədəki fəaliyyətləri barədə rəsmi məlumatlarda əks olundu.

Demək istərdim ki, bölgədə  kommunikasiyaların açılması, bəli, siyasi gündəmimizdədir, amma bunun bu gün Azərbaycanda və Ermənistanda müəyyən siyasi dairələr tərəfindən təbliğ olunmağa davam edən “dəhliz” təbliğatı ilə heç bir əlaqəsi yoxdur.

Vurğulamaq istədiyim növbəti məsələ sərhədləri dəqiqləşdirmə prosesidir, həm rabitə açılması, həm də sərhəd  dəqiqləşdirilməsi prosesi həm Ermənistan, həm də Azərbaycan üçün lazımdır.

 Və sərhədlərin dəqiqləşdirilməsi baxımından belə bir incəlik  mövcuddur: Son vaxtlar Azərbaycan təbliğatı sərhəd dəqiqləşdirilməsi prosesinin ikili formatda aparılması lazım olduğuna çalışır.

Ermənistanla Azərbaycanın bir-biri ilə əlaqəsi olmadığı üçün belə bir şey ola bilməz. Və kommunikasiyanın açılması və sərhədlərin müəyyənləşdirilməsi prosesi bir neçə dəfə razılaşdırılmış üçlü formatda baş verməlidir.

Çünki bunun ətrafında bir neçə dəfə şərtləşmə əldə olunub.Həmin şərtləşmələrin pozuması mənim  fikrimcə  Azərbaycanın silahlı qüvvələrinin  hərbi-siyasi rəhbərliyinin əməlləri səbəbiylə  həyata keçirilir.

Gələcək  işlər barədə: Dünən gecə yarıyacan davam edən danışıqlar, çərşənbə günü davam edəcəkdir. Danışıqların bircə mövzusu var:

Azərbaycan silahlı qüvvələrinin əsgərləri Ermənistan Respublikasının ərazisini tərk etməlidirlər. Bu baş verənə qədər vəziyyəti Ermənistan Respublikasının suverenliyinə, sabitliyinə və ərazi bütövlüyünə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə, Kollektiv Təhlükəsizlik Müqaviləsinə, böhrandakı vəziyyətə təhlükə yaradan bir böhran kimidəyərləndiririk.

Təhlükəsizlik müqaviləsinin qaydalarına görə. Qaldırdığımız qanuni məsələ həll olunana qədər bütün bu mexanizmlər və bu kimi hallar üçün hazırlanmış erməni-rus müttəfiq mexanizmləri işə salınmalıdır.

Nə qədər ki, qarşımıza qoyulan leqitim məsələ həll olunmayıb, demək bütün bu mexanizmlər, ona paralel oan erməni-rus müttəfiqlik mexanizmləri gərək istifadə olunsunlar,hansılar ki, oxşar hadisələr üçün nəzərdə tutulmuşdur.

Problemimizə siyasi yollarla həll tapmaq üçün hərəkətə keçməliyik. Və belə bir nəticə mümkün deyilsə, hərbi-siyasi mexanizmlər eyni məntiqdə istifadə olunmalıdır. Demək istədiyim odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi, Ermənistan-Rusiya sazişləri funksiyaları təmin edir, bu sazişlər məhz belə hallar üçün hazırlanmışdır və biz leqitim hüquqdan  istifadə edərək həmin prosesslərin başlanığıcın təşəbbüs etmişik”.

Məlumat üçün: Təhlükəsizlik Şurasının iclasından sonra  erməni-azərbaycan sərhədinin bəzi ərazilərində Azərbaycan qüvvələrinin gərginliyinin artdığı müşahidə edilmişdir.

Daha çox göstər
Back to top button