BaşlıcaSiyasət

RF Azərbaycanın sərhədlərinin delimitasiyası və demarkasiyasında Ermənistana kömək etməyə hazırdır

Rusiya Azərbaycan və Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində yardım etməyə hazırdır. TASS-a əsasən, bunu RF Xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı qeyd edib.

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə gəlincə, Azərbaycan tərəfi hadisədən sonra bəyan etdi ki, baş verənlər anlaşılmazlıqla və, ən əsası sərhədin olmaması ilə əlaqəli idi. Sərhədlər demarkasiya və delimitasiya olmalı idi.  Orada heç kim bununla məşğul olmayıb. Tərəflərə bununla məşğul olmalarını təklif etdik. Biz həm kartoqrafik materialın təqdim olunmasında, həm də konsultasiya xidmətlərinin göstərilməsində kömək etməyə hazırıq”- Lavrov qeyd edib.

Daha çox göstər
Back to top button