
Beynəlxalq ekspert Suren Sargsyan Facebook səhifəsində yazıb:
“Paşinyan-Sallivan telefon danışığının xüsusiyyətləri:
Dünən səhər məlumat oldu ki, yüksək səviyyəli erməni-amerikan telefon danışığı gözlənilir. Sallivan-Paşinyan telefon danışığından bəhs edildi. Bu dünən gecə baş verdi.
Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Paşinyan və Əliyev ilə bir telefon danışığı aparıb. “Sallivan, son vaxtlar Ermənistanla Azərbaycan arasında yaşanan gərginlikdən narahatlığını ifadə edərək vurğulayıb ki, delimitasiya olunmamış sərhədlər boyunca hərbi hərəkətlər məsuliyyətsiz və təxribat xarakterlidir. O, iki tərəf arasında davam edən ünsiyyəti və iki liderin bu məsələni sülh yolu ilə həll etmək öhdəliyini alqışlayıb. Bundan əlavə, o, iki ölkənin beynəlxalq sərhədlərini delimitasiya etmək üçün rəsmi danışıqlar aparmalı olduğunu vacib sayıb”. Bu Amerika tərəfindən təqdim olunan rəsmi hissədir.
Belə çıxır։
1. Tərəflər arasında birbaşa əlaqə mövcuddur.
2. ABŞ artıq disputed “mübahisəli” ifadəsindən istifadə etmir.
3. Məndə olan məlumata görə, Paşinyan nəhayət əhəmiyyəti barədə dəfələrlə danışdığım 907 saylı qətnamədən danışıb.
4. Paşinyan, Soyqırımın tanınmasına görə Bidenə təşəkkür etdi. Bu barədə dəfələrlə yazmışam.
5. Diqqət çəkir ki, telefon danışığı zamanı Sallivan Azərbaycanın hərəkətlərini təxribat kimi xarakterizə edib”.