
ER sərhədini pozan Azərbaycan hərbçilərinin tutulması və məsələnin hərbi yolla həlli yerli səviyyədə qalmayacaqdı, əksinə daha da böyüyəcəkdi. Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan “Sputnik Armenia” və “Civilnet”-ə verdiyi müsahibədə, Ermənistan Respublikası ərazisinə daxil olan Azərbaycan əsgərlərinin niyə əsir götürülmədiyi sualını cavablandıraraq söyləyib.
Təhlükəsizlik Şurasının katibi əvvəlcə vəziyyəti qiymətləndirməyə çalışdıqlarını, yalnız sonra hərəkətə keçdiklərini bildirib. Müxtəlif mümkün hərəkətlərin masaya qoyulduğunu və müzakirə olunduğunu qeyd edib. Ancaq başa düşmək lazımdır ki, söhbət lokal hadisədən getmir, yalnız o ərazilər barədə deyil, “daha böyük məna daşıyır”.
Sev liçdə irəlilədikdən dərhal sonra Azərbaycanın 15.000 hərbçinin iştirakı ilə hərbi təlimlər elan etməsi bunu sübut edir. Bundan əvvəl Azərbaycan prezidentinin “Zangezur dəhlizi”nə dair açıqlamalar da var idi.
Grigoryan vurğulayyır ki, bunun reallıqla heç bir əlaqəsi yoxdur, erməni tərəfi “Zangezur dəhlizi” məsələsini müzakirə etməyib, müzakirə etmir, heç vaxt etməyəcək də.
“Yəni, bu anlaşılmazlıqla, bəzi lokal fəaliyyət deyildi. Bu, 9 Noyabr razılaşmaları çərçivəsində apardığı prosesi pozmaq üçün bir təxribatdır. Ermənistan bu razılaşmaları vacib sayır və əmindir ki, hamımız bu razlaşmalar çərçivəsində qalmalıyıq. Bir ölkə bu çərçivədə qalmırsa, bunun bu ölkə üçün nəticələri olmalıdır. Əgər bu anlaşılmazlıq və ya kiçik, lokal addım olsaydı, yerindəcə hərbi yolla həll edilə bilərdi, amma heç vaxt yerli olaraq qalmazdı, böyüyərdi, regional bir hərbi əməliyyata çevrilərdi, baş verən prosesləri pozacaqdır”- Grrigoryan qeyd edib.
Onun sözlərinə görə, mümkün inkişafları dərk edərək məsələnin diplomatik və siyasi həllini izləməyə qərar verilib.