
Azərbaycan SQ-i tərəfindən Ermənistan-Azərbaycan sərhədində 12-13 mayda törədilmiş təxribatlardan sonra yaranmış vəziyyət mayın 18-də, səhər saatlarında da dəyişməz olaraq qalır. Bu barədə ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Vəziyyət nisbətdən sakitdir, erməni SQ bölmələri ER ərazisinə daxil olmuş azərbaycanlı hərbçilərə təmin etmə cəhdlərinin qarşısını alırlar.
“ER SQ-i həm Syunik, həm də Geğarkunik bölgələrində vəziyyəti tam nəzarət edir. Yaranmış vəziyyətin tam həllinə dair danışıqların sabah, 19 mayda davam edəcəyi nəzərdə tutulur.
ER Silahlı Qüvvələri, məsələnin sülh yolu ilə həllini vacib sayaraq, eyni zamanda hər inkişafa hazırdır və Ermənistan Respublikasının suveren ərazilərinə təcavüzlərin qətiliklə yolverilməz olduğunu vurğulayır.
Azərbaycanlı hərbçilər Ermənistan Respublikası ərazisini ön şərt qoymadan tərk etməli və bundan sonra bu cür təxribatlardan çəkinməlidir”- ER Müdafiə Nazirliyi qeyd edir.