BMT Artsaxdan didərgin düşmüş və Ermənistanda yaşayan insanlara maddi yardım göstərir

Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramı Ermənistan Respublikasının Əmək və Sosial İşlər Nazirliyi ilə birlikdə Dağlıq Qarabağdan didərgin düşmüş insanların qida ehtiyacların qarşılamaq üçün maddi yardım proqramına başladı.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramı məlumat yaydı.
Dünya Qida Proqramı (WFP) Avropa İnsani Yardım Komissiyası (ECHO), Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID), Fransa Hökuməti və Flandriya Hökuməti tərəfindən verilən maliyyə dəstəyi ilə bu insanlara yardım göstərir.
Yardım Ermənistan Respublikası Hökumətinin insanları dəstəkləmək üçün göstərilən milli səylərə uyğundur.
“Biz tərəfdaşlarımıza Ermənistana yaşayan əsas qida ehtiyaclarını qarşılamaq və onlara kömək etmək üçün etdikləri sərmayələrə görə minnətdarıq,- deyə Dünya Qida Proqramının Ermənistandakı nüayəndəsi Yelena Milesoviç qeyd etdi.