BaşlıcaSiyasət

Karmir Şuka icmasının sakinləri azərbaycanlıların düzgün olmayan davranışlarına görə rus sülhməramlılarına müraciət edib

Artsaxın Martuni bölgəsinin Karmir Şuka (Qırmızı Bazar) icmasının sakinləri dünən, mayın 18-də azərbaycanlıların düzgün olmayan davranışları üçün kənddə yerləşən rus sülhməramlılarına müraciət ediblər.

Karmir Şuka icmasının rəhbəri Narek Atayan bunu “Artsakhpress” müxbiri ilə söhbətində bildirib.

Onun sözlərinə görə, həftədə üç dəfə düşmənin avtomobil korteji kənddən keçir və bu müddətdə həyasız davranış göstərir.

“Dünən, həmişə olduğu kimi, sürət həddini aşan azərbaycanlı sürücülər, çaxnaşma və qorxu atmosferi yaratmaq üçün eyni yolda sürən erməni sürücüləri qabaqladılar. Onlar həm də müxtəlif aşağılayıcı hərəkətlər edirlər və telefonla çəkirlər. Bu da yolverilməz sayılır. Bütün bunları rus sülhməramlılarına bildirdik ki, bu hərkətləri aradan qaldırmaq üçün daha diqqətli və sərt olsunlar. Sülhməramlı qüvvələrin nümayəndələri narahatlıqlarımızı dinləyib, qəbul edib və problemləri həll edəcəyinə söz verib”- Atayan qeyd edib.

Daha çox göstər
Back to top button