Kataloniya Parlamenti rəsmi olaraq erməni hərbi əsirlərinin Azərbaycandan azadlığa buraxılmasını tələb edəcək və Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmasını məhkum edəcəkdir.
Bu haqda “El Nacional” məlumatlandırıb.
Kataloniya Parlamentinin sədri Laura Borasın mayın 17-də Kataloniya erməni icmasının nümayəndələrini qəbul edib.
Mətbuat vasitələrinin yazdığına görə, Palata erməni əsirlərinin sərbəst buraxılmasını tələb edən və Ermənistanın ərazi bütövlüyünün pozulmasını məhkum edən bir bəyanat verəcək.
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin noyabrın 9-da verdikləri birgə bəyanatın 8-ci maddəsində hərbi əsirlərin, girovların, digər saxlanılanların və ölənlərin cəsədlərinin mübadiləsi açıq şəkildə vurğulanıbdır.
Lakin Azərbaycan bu prosesi süni şəkildə ləngidir, hərbi əsirləri və saxlanılan digər şəxsləri bütünlüklə qaytarmır.
Bundan başqa Azərbaycanın silahlı qüvvələrinin bəzi qüvvələri 2021-ci il mayın 12-də Ermənistanın dövlət sərhədini yararaq keçmiş və Synikin “Sev lic”-imühasirəyə almaq istiqamətində əməliyyatlar keçirib.Ermənistan Silahlı qüvvələri taktiki xarakterli əks əməliyyatlar həyata keçirib.
Bəzi yanaşı ərazilərdə mövqeləşmiş azərbaycanlılar erməni silahlı qüvvələrinin taktiki əks tədbirləri nəticəsində cəbt etdikləri mövqelərdən geri çəkilmişlər.
Eyni zamanda, Azərbaycan hərbi qrupları Syunik və Geğarkunik bölgələrinin bəzi yerlərində Ermənistanın dövlət sərhədləri daxilində qalmaqda davam edir. Vəziyyəti həll etmək üçün danışıqlar davam edir.