
Bu gün Baş nazir səlahiyyətini icra edən Nikol Paşinyanın rəhbərliyi ilə 2022-2024 – cü illər orta müddətli xərcləmə proqramı layihəsinin makroiqtisadi-maliyyə bazası haqqında məsləhətləşmə keçirilib.
ER Baş naziri administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nikol Paşinyan müzakirəyə başlamazdan öncə, Syunik-Gegharkunik vilayətlərində sərhəddəki vəziyyətə toxunaraq qeyd edib:
“Müdafiə nazirliyi gündəlik rejimlə yaranmış vəziyyət barədə ictimaiyətə məlumat verir.
Vəziyyət sabitdir, amma gərgindir, digər tərəfdən vurğulamalıyam, bu bizim üçün qəbuledilməzdir. Çünki bizim mövqeyimiz qətiyyətli və birmənalıdır.Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının süveren ərazisini tərk etməlidir.
Əlbəttə bizim, Silahlı qüvvələrimiz taktiki xarakterli əməliyyatlar həyata keçirir.Amma bizim mövqeyimiz vəziyyətin diplomatik yolla həll olunmasıdır.Bu bizim əsas yanaşmamız və məqsədimizdir..
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosedurları çərçivəsində müəyyən funksiyaları yerinə yetirmək üçün müraciət etdiyimizdən xəbərdarsınız. Xüsusən, bilirsiniz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının böhran vəziyyətində reaksiya reqlamenti mövcuddur. Biz həmin reqlament çərçivəsində əməliyyatlar həyata keçirəcəyik.Ümumiyyətlə biz, KTMT çərçivələrində konsultasiyaları davam etdiririk.
Proses lazım olduğu qədər sürətli olmaya bilər, amma Kollektiv təhlükəsizlik mexanizmləri mövcuddur və bunları istifadə etmək istiqamətində ardıcıllıqla çalışmağa davam edirik.
Vəziyyət barədə beynəlxalq ictimaiyyətə tam məlumat vermək və Azərbaycana beynəlxalq təzyiqləri artırmaq istiqamətində diplomatik səylərimizi davam etdirəcəyik.
Təbii ki, strateji tərəfdaşımız Rusiya Federasiyası ilə işimizi davam etdirəcəyik. Rusiya Federasiyasının Prezidentindən dəstək istədiyimi bilirsiniz. Bu istiqamətdə konsultasiyalar həmçinin davam olacaq.
Ümumiyyətlə, Azərbaycanın hərəkətlərini dezkonstrukiv hesab edirəm. Onlar regionda gərginliyə istiqamətlənmiş addımlar əldə edir.
Biizm qiymətləndirməmiz odur ki, onlar bu əməllriylə 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də olan bəyanatların gələcəkdə həyata keçirilməsini süquta yetirmək istəyirlər.
.
Xatırladım ki, yanvarın 11-də olan bəyanat regional kommunikasiyalarını açılması və tranzit yük daşıntısı problemlərinin həllinə aiddir.
Vurğulamaq istərdim ki, Ermənistan Respublikası yalnız regional kommunikasiyalarının açılması ilə maraqlı deyil, biz bunu bizim üçün vacib iqtisadi önəmliklərdən biri hesab edirik.
Amma təkrarən qeyd etmək istərdim ki, Ermənistan heç vaxt “dəhliz”lə əlaqəli hər hansısa məsələni müzakirə etməyib, etməyir və etməyəcəkdir.Biz regionun kommunikasiyalarının açılışı barədə danışırıq.
Ancaq bir daha vurğulamaq istərdim ki, Ermənistan heç vaxt mübahisə etməyib, heç bir “dəhliz” məntiqini müzakirə etməyəcək.Biz bölgədə rabitənin açılmasından danışırıq.
Ümumi təəssüratımız gelədir ki,Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinləri tərəfindən rəhbərlik edilən
üçtərəfli komissiya kifayət qədər təsirli və konstruktiv iş aparmışdır. Həmin işlərin nəticələrinin implementasiyası barədə düşünülməsi qalır.Və qəribədir ki, həmin mərhələdə oxşar təcavüz həyata keçirildi.
Təkrarən vurğulamaq istəyirəm o necə deyərlər yaşı qurudan fərqləndirmək olduqca vacibdir. Bölgədə kommunikasayaların açılışı Ermənistan Respublikası üçün məqbuldur həm də, həm də bizim üçün mümkün önəmlikdir.
Çünki olan şərtləşmələrimizə əsasən hansı ki, varımızdır, Ermənistan İran İslam Respublikası və Rusiya Federasiyası ilə dəmir yolu əlaqəsini əldə edir.
Əlbətdə ki, Azərbaycan da Naxicevanla dəmir yolu rabitəsi qurur. Söz təbii ki, yük daşıntıları barədədir. Ümumi vəziyyət gələcəkdə nizamlanarsa, bu istiqamətlərdə birbaşa sərnişin nəqliyyatı da müzakirə oluna bilər.
Nə üçün deyirəm bir-birindən fərqləndirməliyik.Ona görə ki, yolların açılışı bəli, bizim üçün vacibdir.
Biz yanvarın 11-də bəyanatı imzalamışıq.Çünki, həmin bəyanat bizim mənafelərimizdən doğur.Biz, regionda kommunikasiyalar açmaq istiqamətində ardıcıllıqla çalışacağıq.
Bəs bu haqda niyə deyirəm? Ona görə ki,hiss edirəm ki, ictimai diskursda bunu hansısa “dəhlizlər” barədə söz-söhbətlərlə eyniləşdirməyə cəhd olunur.
“Dəhliz” danışığı məsələsini Ermənistan Respublikası müzakirə etməyib, etməyir və etməyəcəkdir. Eləcə də aşağıdakını qeyd etmək istərdim ki, məsələnin mahiyyəti məhz budur və biz məhz bu məntiqlə rəhbərlənirik.
Sərhəddə olan vəziyyətə gəlincə, təkrarən deyirəm ki, bizim mövqeyimiz qətidir: Azərbaycan silahlı qüvvələri Ermənistanın ərazilərindən çıxmalıdır.
Mən qeyd etmək istəyirəm ki,burada mövcud halda demarqasiya və delimitasiya barədə danışıqlar yerində deyil.Təkrarən qeyd etmək istəyirəm ki, Ermənistan problemi həll etmək üçün diplomatik səylərini davam etdirir.
Əlbətdə bu, Silahlı qüvvələrimizin işsizliyə düçar olması demək deyil.Silahlı qüvvələrin öz növbəsində taktiki xarakterli əməliyyatlar həyata keçirir.
Amma bizim önəmliyimiz və vəzifəmiz vəziyyətin hər hansısa formayla nəzarətdən çıxmasının qarşısını almaqdır”.