
Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələri, Əsgəran bölgəsindəki ucqar Xnatsax-Petresik yaşayış məntəqələrinə humanitar yardım çatdırıb. Bu haqda RF Müdafiə nazirliyinin mətbuat xidməti məlumatlandırıb.
Yardımın Rusiyanın qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları tərəfindən verildiyi bildirilib.
Humanitar aksiya zamanı bu yaşayış məntəqələrinin sakinlərinə “Rusiya Humanitar missiyası”, “Doktor Liza” və “Tələsin” (“Спеши к добру”) xeyriyyəçilik adları ilə geyim, gigiyena vasitələri və uşaq oyuncaqları ümumən əsas ləvazimatlar verilib.
Rusiya s qoşun bölmələrinin humanitar səslənmə üzrə sülhməramlı mərkəzinin zabit Vladislav Vışegorodtsun sözlərinə görə, hər bir humanitar yardımın hazırlanması tələb olunur.
Humanitar aksiya ərəfəsində Humanitar Reaksiya mərkəzinin məsulları yaşayış məntəqələrinin rəhbərlərinə zəng edərək çoxuşaqlı ailələrin və qaçqınların sayını açıqlayıb.
“Burada uşaqlar var ki, onlar öz yurd yuvalarını tərk edərək Hadrutdan gəlib.Əgər mühariböə olmasaydı yəqin ki, bu oyuncaqlar da onalara lazım olmazdı.
Mənə elə gəlir ki, oyuncaq alarkən evdə buraxdıqları oyuncaqları xatırlayırlar. Dostlarımızın bizə necə kömək etdiyini görərkən sevincimdən gözlərim yaşardı”- deyərək müəllimə Eva Sarkisyan qeyd edib.
Rus sülhməramlıları Dağlıq Qarabağ xalqına ümumilikdə 150 tondan çox humanitar yardım çatdırdılar. Əsas ehtiyaclara əlavə olaraq səhiyyə müəssisələri üçün ilkin diaqnostik avadanlıq və ixtisassçılıq avadanlıqlarıyla təmin edilmişdir.