
Mayın 19-da KTMT Xarici işlər nazirləri şurasının Düşənbədə, Ermənistan Xarici işlər nazirinin səlahiyyətini icra edən Ara Ayvazyanın başçılığı ilə dar, daha sonra genişləndirilmiş tərkiblə iclası keçirildi.
Ötən gün keçirilən müzakirələrin davamı olaraq
Ermənistan Respublikası Xarici işlər naziri səlahiyyətlərini icra edən Ayvazyan təffərrüatlı şəkildə , KTMT Qafqaz regionunda təhlükəsizlik vəziyyətini təqdim etdi və ER sərhədyanı bölgələrə Azərbaycanın silahlı qüvvələrinin sızması nəticəsində vəziyyətin gərginləşməsinə diqqəti cəlb etdi.
“Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazilərinə sızması KTMT üzv dövlətinin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə birbaşa təhlükə yaradır”- deyərək nazir vəzifəsini icra edən Ayvazyan bəyan edib.
Ermənistan Xarici İşlər naziri vəzifəsinin icraedicisi həmkarlarına, hazırkı şəraitlərdə KTMT-nin fövqəladə hallar vəziyyətlərə reaksiya vermək məsələsi aktual olduğunu bildirib.
Bununla vəziyyəti izləmək, yerində qiymətləndirmək və gələcək tədbirlərə dair daimi təkliflər məqsədiylə müvafiq çoxtərəfli missiyanın formalaşması məsələləri təstiq olunub.
Dağlıq Qarabağ probleminə toxunan Ara Ayvazyan, Azərbaycanın hər halda güc tətbiq etməsinin münaqişənin həllinə səbəb ola bilməyəcəyini vurğuladı. Mübahisə yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsində olan siyasi diplomatik platformada, bu vasitəçilik missiyası tərəfindən hazırlanmış prinsiplərin ortaq və hərtərəfli tətbiqi əsasında həll olunmalıdır.
Sessiyanın gündəliyinə regional və beynəlxalq vəziyyətin üzv dövlətlərin təhlükəsizliyinə təsiri, üzv dövlətlərin beynəlxalq təşkilatlarla əməkdaşlığı və strukturun effektivliyini artırmaq üçün atılan addımlarla bağlı məsələlər daxil edilib.
İclasın nəticəsi olaraq Xarici işlər nazirləri KTMT üzvü olan ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün bir sıra sənədlər qəbul edərək təsdiqlədilər.
Nazirlər iclası başlamazdan əvvəl KTMT-yə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti Emoməli Rəhmonla, KTMT Baş katibi görüşdülər.