BaşlıcaSiyasət

ER və RF müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Mayın 19-da Ermənistan Respublikası Müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan Rusiya Federasiyası Müdafiə naziri, Ordu generalı Sergey Şoyqu ilə telefon danışığı aparıb.

Vağarşak Harutyunyan Azərbaycan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti və erməni tərəfinin hərəkətlərini təqdim edib. Hər iki tərəf məsələnin sülh yolu ilə həll olunmasının vacibliyi vurğulayıb. Eyni zamanda, ER Müdafiə naziri qeyd edib ki, Ermənistan Respublikasının suveren ərazilərinə təcavüzlər qətiliklə qəbuledilməzdir və Azərbaycan hərbçiləri başlanğıc mövqelərinə qayıtmağa borcludurlar.

Vağarşak Harutyunyan və Sergey Şoyqu Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası fəaliyyəti və regional təhlükəsizliklə bağlı bir sıra digər məsələləri də müzakirə etdilər.

Daha çox göstər
Back to top button