Başlıcaİctimaiyyət

Ermənistana gələn turistlərin əksəriyyəti Rusiya, İran və Gürcüstan vətəndaşıdır

Cari ilin ilk üç ayında Ermənistana 86 min 524 turist gəldi. Bu rəqəm 2020-ci il yanvar-mart ayları (307 min 590) ilə müqayisədə 71.9% azalıb. Bu ER Statistika Komitəsinin məlumat;nda deyilir.

Ən çox Rusiya vətəndaşı gəldi – 30 min 213 nəfər. Sonra ən çox Ermənistan vətəndaşlığı olan insanlar gəldi – 26 min 633 nəfər. Onlar əsasən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdir.

Üçüncü yerdə İran İslam Respublikasının vətəndaşlarıdır – 9 394 nəfər. 2021-ci ilin yanvar-mart aylarında Gürcüstan vətəndaşlığı olan 8 911 turist, 2 094 ABŞ vətəndaşı, 2 018 Ukrayna vətəndaşı, 1 185 Fransa vətəndaşı, 731 Belarus vətəndaşı, 578 Almaniya vətəndaşı Ermənistana gəldi.

Koronavirus səbəbindən edilən məhdudiyyətlər səbəbindən turist sayı xeyli azalsa da, bəzi ölkələrdən gələnlərin sayı artdı. Məsələn, 2020-ci ilin birinci rübündə Ermənistana yalnız 6 İslandiyalı turist gəlmişdisə, bu ilin birinci rübündə 46 nəfər gəlib.

Ermənistandan gedən turistlərə gəldikdə, 2021-ci ilin yanvar-mart aylarında 44 574 turist Ermənistandan getdi.

Daha çox göstər
Back to top button