
Hindistan Ermənistan-Azərbaycan sərhədində hökm sürən vəziyyətdən narahatdır. Bu haqda Hindistan Xarici işlər nazirliyinin mətbuat katibi Ermənistan-Azərbaycan sərhədində aparılan media araşdırmalarına cavab olaraq qeyd edib.
“ Hərbi hərəkətlər vasitəsiylə sərhəd pozuntuları vəziyyəti gərginləşdirə və döyüş əməliyyatlarının yenidən başlamasına səbəb ola bilər.
Biz pozan tərəfi dərhal silahlı qüvvələrini geri çəkməyə və hər hansı bir təxribatı dayandırmağa səsləyirik” nazirliyin rəsmi saytına əsasən bu haqda mətbuat katibi bildirib.
O qeyd edib ki, Hindistan daima ikitərəfli mübahisələrin siyasi və diplomatik yollarla sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğuladı.
“Cənubi Qafqaz bölgəsində sülh və sabitlik regional təhlükəsizliyi üçün vacibdir” –deyərək mətbuat katibi qeyd edib.
Azərbaycan silahlı qüvvələrinin bəzi hərbi qrupları2021-ci il mayın 12-də Ermənistanın dövlət sərhədini keçərək “Sev lic”-i mühasirəyə almağa istiqamətlənmiş əməliyyatlara cəhd edib.
Ermənistan Silahlı qüvvələri taktiki əks hücumlar həyata keçirib. Bəzi yanaşı ərazilərdə mövqeləşmiş azərbaycanlılar erməni Silahlı qüvvələrinin taktiki əks hücumları nəticəsində yerləşdikləri mövqedən geri çəkilibilər.
Eyni zamanda, Ermənistan Respublikasının sərhədləri daxilində Azərbaycan silahlı qüvvələrinin əskərləri ER dövlət sərhədləri daxilində Syunik və Gegharkunik bölgələrinin bəzi yerlərində qrup halında qalmaqda davam edir. Vəziyyəti həll etmək üçün danışıqlar aparılır.