BaşlıcaSiyasət

Nikol Paşinyan Ermənistan sərhədlərindəki vəziyyət barədə

Bu gün Hökumət iclasında ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunub:

“Ermənistan-Azərbaycan sərhədinin məlum hissələrində, yəni Geğarkunik və Syunikdə vəziyyət dəyişməyib, vəziyyət gərgin olaraq qalır. Bir çox azərbaycanlı hərbçi hələ Ermənistan Respublikası ərazisindədir. Onların sayı 500-600 nəfərdir”.

O qeyd edib ki, Ermənistan SQ-i hərəkətlərinin məntiqi taktiki əməliyyatlarla azərbaycanlıların hərəkətlərinin potensiyalını məhdudlaşdırmaqdır.

“Siyasi baxımdan, ilk olaraq vəziyyətin nəzarətdən çıxmasına icazə verməməliyik. Yəni müharibə və ya hərbi qarşıdurmanın istənilən ssenarisini istisna etmək üçün əlindən gələni edəcəyik. İkincisi, ER ərazisindən Azərbaycan qüvvələrinin çıxarılmasına nail olmalıyıq”,-Paşinyan vurğuladı.

O həmçinin qeyd edib ki, bu kontekstdə böyük diplomatik işlər görülür: “Bunun sübutu isə, Hökumət iclasında XİN-in iştirak etməməsidir, çünki XİN-dən həmkarlarımız bu işlə məşğuldur. İndiyədək edilmiş diöplomatik işi səmərəli sayıram. Qeyd etmək istəyirəm ki, sadəcə XİN deyil, MN, Baş nazir müavinləri də diplomatik işlər aparırlar. Bu işi uğurlu sayıram, çünki beynəlxalq tərəfdaşlarımızın mövqeləri eynidir – Azərbaycan SQ-i nümayəndələri ER ərazisini tərk etməlidir”.

Daha çox göstər
Back to top button