
Dünən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışan Rusiya Xarici işlər naziri Sergey Lavrov vəziyyəti rahat nizamlanan məsələ kimi qiymətləndirərək qeyd edib ki, Rusiya hər iki ölkələrə də sərhədlərin müəyyənləşdirilməsi məsələsində yardım etməyə xəritələr materiallarını və məsləhətedici xidmətlər təqdim etməyə hazırdır.
Lavrov, eyni zamanda, Azərbaycanın rəsmi əsaslandırmasını sitat gətirib,ona əsasən problem anlaşılmazlıq səbəbiylə yaranıb.
Civic.am ilə söhbətində politoloq Armen Ovannisyan, , Sovet İttifaqının daxili inzibati bölgüsünə görə xəritə materiallarına istinad edərək Lavrovun Azərbaycan SSR sərhədlərini nəzərdə tutduğu fikrini bildirdi. Politoloqun fikrincə, Lavrovun təklifində bir təhlükə var, çünki bu halda Rusiya hansı bölgənin kimə məxsus olduğuna qərar verəcəkdir ․
“Rusiya sərhədi necə keçəcəyinə qərar verəcək, bu sərhədin qorunması onların iştirakı ilə olmalıdır. Bu isə, hərbi mövcudluğunu gücləndirmək üçün bir tətbiqdir” – deyərək o,əlavə edib.
Paşinyanın sözlərinə toxunan Armen Hovanisyan Baş nazir səlahiyyətini icra edən Paşinyanın sözlərini şərh edərək dedi ki,o, “üçtərəfli format” deyərkən Rusiyanın da iştirakını nəzərdə tutub.Yəni, biz sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak etməsini qəbul edirik.
Politoloq, SSRİ dövründə sərhədlərin inzibati bölgüsünün davamlı olaraq dəyişdiyini, əsasən zərər çəkmiş erməni tərəf olduğunu bildirdi.