
Rusiya Müdafiə nazirliyindən verilən məlumata görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu Ermənistanın Müdafiə naziri Vağarşak Harutyunyan ilə telefon söhbətini apararaq Qarabağda sülhməramlıların xidmət etdiyi bölgələrdəki vəziyyəti müzakirə edib.
“Mayın 20-də Rusiya Federasiyası Müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Ermənistan Respublikası Müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan ilə telefon danışığı aparıb.
İkitərəfli əməkdaşlığın aktual məsələləri, regionda və Dağlıq Qarabağda vəziyyət sülhməramlı missiyaları tərəfindən tapşırıqları yerinə yetirmək çərçivələrində müzakirə olunub” – deyərək bəyanatda qeyd olunub.