BaşlıcaSiyasət

Avropa deputatı: “Azərbaycanda hələ də erməni hərbi əsirlərin olmasını qəbuledilməz hesab edirik”

Bütün erməni əsirlərinin ilkin şərt olmadan  azad edilməsinə və atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırırıq. Bu haqda , erməni əsirlərinin sərbəst buraxılması barədə qərarın müəlliflərindən biri olan Avropa parlamentinin üzvü Isabel Santos  bildirib.

“Dağlıq Qarabağ münaqişəsi zamanı bir çox insan şəhərlərini tərk etməli oldu. Hərbi əsirlərin, məhbusların və ölənlərin cəsədlərinin mübadiləsi barədə razılıq əldə edildi.

Biz  Azərbaycanda hələ də hərbi əsirlərin olmasını  qəbuledilməz hesab edirik.

Bütün bunlar İşgəncə iddiaları nəzərə alınaraq Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır.

Bütün hərbi əsirlərin qeyd-şərtsiz sərbəst buraxılmasına və (atəşkəs) razılaşmasının tam həyata keçirilməsinə çağırırıq. Hər iki tərəf də düşmən ritorikasından imtina edib danışıqlar masasına qayıtmalıdır” – deyərək o Avroparlamentdə çıxış edib.

Daha çox göstər
Back to top button