Artsax İnsan Hüquqları Müdafiəçisi Geğam Stepanyan “Facebook” səhifəsində yazıb:
“Mayın 17-də atəşkəs bəyanatını növbəti dəfə pozan Azərbaycan tərəfi, Şoş kəndi yaxınlığındakı erməni mövqeləri yanında mühəndis işləri aparan tikinti texnikasına atəş açıb, nəticədə Martuni rayonundakı ,Şoş icmasının sakini texnikanın sındırılması səbəbindən yaralanıb.
İnsan Hüquqları Müdafiəçisi qeyd edir ki, Azərbaycan tərəfi ən yüksək siyasi səviyyədə əldə olunmuş razılığa və beynəlxalq hüquq normalarına məhəl qoymadan, mütəmadi olaraq təxribatlara əl atır, Artsax xalqının həyatı və sağlamlığını təhlükə altına alır.
Hadisələr müxtəlif icmalardakı insanların normal həyatını pozmaq məqsədi daşıyır və Artsax xalqının fiziki və zehni toxunulmazlığına qarşı yönəldilir”.
Artsax İHM hadisələrin araşdırılması, üçtərəfli istintaqın aparılması, qeydə alınmış bütün hallar üzrə müvafiq istintaq aparılması üçün müvafiq addımlar atmağa çağırır.
“Bu, cinayətkarların mühakimə olunmasına imkan verəcəkdir”- deyə Artsax İHM qeyd edib.