
Mayın 20-də ER Müdafiə nazirinin müavini Arman Sargsyan, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqın və məcburi köçkünlər məsələləri üzrə məruzəçisi Pol Gavanı qəbul edib.
ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi “Armenpress”ə bildirib ki, qonağı salamlayan Arman Sargsyan Ermənistanın AŞPA ilə əməkdaşlığını yüksək qiymətləndirib, Avropanın əsas strukturlarından biri ilə əməkdaşlığın davamlı inkişafını vurğulayıb.
ER Müdafiə nazirinin müavini 2020-ci il sentyabrın 27-də Azərbaycanın başlatdığı müharibə nəticəsində əsir götürülən və itkin düşən sayıl şəxslərlə bağlı vəziyyəti, Dağlıq Qarabağın erməni mədəni irsinin məhv edilməsi və Azərbaycan hərbçiləri tərəfindən törədilən müharibə cinayətləri haqqında Pol Gavaya ətraflı məlumat verib.
AŞPA-nın miqrasiya, qaçqın və məcburi köçkünlər məsələləri üzrə məruzəçisi qəbul üçün təşəkkür edib və əmin edib ki, mövcud məlumatlar hesabatda tam şəkildə təqdim olunacaq.