BaşlıcaSiyasət

ER sərhədini qanunsuz keçmə, erməni hərbçilərə qarşı zorakılıq törətmə halları ilə bağlı cinayət işləri açılıb

Sevan qarnizonu Hərbi Prokurorluğunun təlimatı ilə Vardenis Polis İdarəsi tərəfindən toplanmış məlumatlara əsasən, mayın 12-də Azərbaycan Respublikası Silahlı Qüvvələri komandirlərinin təşkilatçılığı ilə bir qrup silahlı hərbçi qanunsuz olaraq ER Geğarkunik bölgəsinin Vardenis kəndinin Verin Şorja yaşayış məntəqəsi və Norabek kəndinin sərhədyanı hissələrindəki ER dövlət sərhədini keçdilər.

Azərbaycan hərbçiləri Ermənistan Respublikası ərazilərində 2-3 km irəllədilər və ərazilərin Azərbaycana aid olduğunu elan edərək, onlara yaxınlaşan hərbi qulluqçularına atəş etməklə hədələdilər.

Materialların hazırlanması nəticəsində 18 may tarixində Sevan qarnizon Hərbi Prokurorluğunda ER Cinayət Məcəlləsinin 300.2-ci maddəsi, 329-cu maddənin 2-ci hissəsi ilə cinayət işi başlandı.

Bundan əlavə, Hərbi Prokurorluq ER Müdafiə Nazirliyinin Vardenis Polis İdarəsinə ER ərazisinə qanunsuz basqın edən Azərbaycan hərbçiləri ilə ER SQ-i hərbçiləri arasındakı mübahisənin araşdırılması üçün tapşırıq verdi.

ER Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsinə, 376-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət işi başlandı.

Daha çox göstər
Back to top button