Erməni hərbi əsirlərin Azərbaycan hərbçiləri tərəfindən öldürülməsi müharibə cinayətidir: AP deputatı

Artsaxın gələcək statusunu aydınlaşdırmaq üçün gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratlarını təyinetmə prinsiplərinə əsaslanaraq məsələnin uzunmüddətli və siyasi yolla həllinə ehtiyac var.
Bunu Avropa Parlamentinin Sol fraksiyasının üzvü, İspaniyalı millət vəkili Pernando Barena Arza, Avropa Parlamentinin 20 may tarixli plenar iclasında Dağlıq Qarabağdakı son müharibə kontekstində hərbi əsirlər məsələsinə dair müzakirə zamanı söylədi.
O qeyd edib ki, Azərbaycan hökumətinin Dağlıq Qarabağa hücumu Azərbaycanın hörmət etmədiyi və ya pozduğu üçtərəfli bəyanatla başa çatıb. “Azərbaycanda təxminən 200 erməni hələ də əsirlikdədir. Azərbaycan hərbçiləri hərbi əsirləri öldürürlər, bu isə müharibə cinayətidir. Bu parlamentin Azərbaycandan münaqişə zamanı əsir götürülən bütün ermənilərin dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını və bundan sonra atəşkəs razılaşmasına tam hörmət göstərməsini, Ermənistan ərazisinə hərbi müdaxilələrdən çəkinməsini tələb etməsinin vaxtı çatıb”,-deyə deputat vurğuladı.