BaşlıcaSiyasət

Artyom Tonoyan: “Azərbaycanlılar ER ərazisini tərk etməyincə hər hansısa məsələ müzakirə olunmamalıdır”

Artyom Tonoyana görə, Əliyev haçan ki, erməni torpaqları üçün açıq istəklərlə açıqlamalar verməyə başladı, elə o zamandan etibarən sərhədlərin  möhkəmləndirilməsiylə məşğul olmaq lazım idi.

Onun sözlərincə, Ermənistanın ərazi bütövlüyü heç vaxt, heç bir tərzlə  müzakirə mövzusu olmamalıdır.Odur ki, bütün mümkün vasitələrdən istifadə etmək vacibdir.

“Ermənistan artıq strateji tərəfdaşı Rusiyaya və KTMT-yə müraciət edib. Bu səbəbdən də, sözügedən hərbi ittifaqın fəal iştirakı ilə problem həll ediləcək   baxmayaraq ki, istənilən aktivlik  göstərilmir.

Digər beynəlxalq təşkilatlarsa bəyanatla çıxış edib.Fransa hətta Ermənistana hərbi yardım təklif edib.Bununla belə  icraedici hakimiyyət üstünlüyü KTMT-na verib”- deyərək  İranoloq qeyd edib.

Tonoyanın sözlərincə, Ermənistanla Azərbaycan arasındakı sərhəd gərginliyi İranı da həddindən çox narahat edir.

Bunun  sübutlarından biri də parlamentin Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığını milli təhlükəsizlik və xarici siyasət daimi komissiyası rəhbərinin açıqlamasında əksini tapdı.

Bu açıqlama sadəcə Azərbaycanda isteriyaya səbəb oldu, orada İranın ermənipərəst mövqe tutduğu fikirləri səsləndirilmişdir.

İranoloqun fikrincə, rəsmi Tehranın Azərbaycan üzərinə  təsir etmək gücü var, amma qonşumuzla burada necə davranmağımız çox vacibdir.

 Tonoyana görə, məsələnin aydın şəkildə formalaşdırılmasına ehtiyac var, Azərbaycan silahlı qüvvələrinin nümayəndələri Ermənistanı tərk etməyincə hər hansısa məsələ müzakirə edilməməlidir.

Daha çox göstər
Back to top button