
Avropa Şurası Nazirlər Komitəsinin 131-ci onlayn iclasında Ermənistan Respublikası Xarici İşlər naziri vəzifəsini icra edən Ara Ayvazyan da çıxış etdi. Bu barədə ER XİN-dən məlumat verilir.
Ayvazyan öz çıxışında 2020-ci ildə Artsax xalqına qarşı Azərbaycan tərəfindən başladılmış müharibəyə toxundu. O, AŞ üzvü olan dövlətlərin diqqətini müharibə zamanı Azərbaycanın törətdiyi kütləvi insan hüquqları və beynəlxalq humanitar hüquqların pozuntularına, erməni əsirlərinə və saxlanılan mülki şəxslərə alçaldıcı davranış hallarına, Artsaxın tarixi və mədəni abidələrinin qorunmasına və beynəlxalq təşkilatların Artsaxa maneəsiz girmə məsələsinə yönəltdi.
Ayvazyanın sözlərinə görə, Dağlıq Qarabağda kütləvi şəkildə insan haqlarının kobudcasına pozuntularına sərt reaksiya verilməməsi Azərbaycanı sərhəd bölgələrini işğal etməyə çalışaraq Ermənistan Respublikasına qarşı eyni siyasəti davam etdirməyə təşviq etdir.
“Bütün Avropada demokratik təhlükəsizliyin təmin edilməsinə dair səylərimizə yeni bir təkan verməsək, Avropadakı daha böyük birlik hədəfimiz, xüsusilə münaqişə bölgələrində yaşayanlar üçün illüziya olaraq qalacaq”,- Ayvazyan qeyd etdi.