
Bakıda Ermənistanın iki vətəndaşı Alyoşa Xosrovyan və Lyudvig Mkrtçyana qarşı əsassız məhkəmə prosesi Azərbaycanın beynəlxalq humanitar hüququ pozmasının növbəti kobud təzahüründən başqa bir şey deyil. Bu barədə “Mənim addımım” fraksiyasının deputatı Nazeli Bağdasaryan bildirdi.
O qeyd etdi ki, əsir götürülmüş şəxslər aylar boyunca Azərbaycanda qanunsuz olaraq saxlanılırlar və indi onlara qarşı saxta ittihamlar irəli sürərək məsuliyyətə cəlb etməyə çalışırlar.
“Bu məsələdə Ermənistanın rəsmi mövqeyi 9 noyabrda imzalanan bəyanatın müddəalarının, o cümlədən əsirlərin və girovların təhlükəsiz şəkildə geri qaytarılması və münaqişə bölgəsində sabitlik və sülhün bərqərar olması ilə bağlı məsələlərin yerinə yetirilməsində olduğu kimi qalır.
Bir daha qeyd etmək istəyirəm ki, əsir götürülmüş vətəndaşlar ilk növbədə, Avropa İnsan Hüquqları Konvensiyasının və Cenevrə Konvensiyasının müddəaları ilə qorunur, əsir götürülmüş vətəndaşlarımıza qarşı hər hansı bir təcavüz artıq üçtərəfli bəyanatda göstərilən razılaşmaların həyata keçirilməsini pozur.
Faktiki olaraq, çoxsaylı iddialarımıza, beynəlxalq təşkilatların reaksiyasına baxmayaraq, Azərbaycan insan haqlarını pozmağa davam edir və indi dəm saxta ittihamla vətəndaşlarımızın vətənə qayıtmasını təxirə salmağa çalışır”,- deyə deputat qeyd etdi.