Ermənistan Respublikası Xarici İşlər Nazirliyi Avropa Parlamenti tərəfindən Azərbaycanda saxlanılan erməni əsirlərlə bağlı qətnamənin qəbul edilməsinə münasibət bildirdi.
XİN qeyd edir ki, qətnamədə bütün hərbi əsirlərin, müharibə zamanı və ya sonrasında əsir götürülmüş mülki şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Eyni zamanda, vurğulanır ki, erməni əsirlərinin, girovların alçaldıcı şəraitdə saxlanılması, qeyri-insani rəftara məruz qalması və işgəncə verilməsi ciddi narahatlıq doğurur.
Qətnamədə ehtiyacı olanlara təcili olaraq humanitar yardımın göstərilməsi, Artsax ermənilərinin təhlükəsizliyi və Artsaxın mədəni irsinin qorunması vurğulanır və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində nizamlanmasının vacibliyi qeyd olunur.
XİN-in bəyanatında qeyd olunur ki, Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi, o cümlədən humanitar məsələlər barədə yuxarıda göstərilən protokolları çox vacibdir.
Qətnamədə qeyd olunan qanun pozuntuları müharibə cinayətləridir və Ermənistan müharibə cinayətlərini törədənlərin beynəlxalq ədalət mühakiməsinə çıxarılması üçün əlindən gələni edəcəkdir