BaşlıcaSiyasət

Azərbaycan üçtərəfli bəyanatı pozaraq erməni hərbi əsirlərə qarşı saxta cinayət işləri açıb: XIN

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən erməni hərbi əsirlərinin cinayət təqibinə məruz qalması ilə bağlı bəyanat yaydı.

Bəyanatda qeyd olunur ki, Ermənistan Azərbaycan tərəfindən Artsaxa son təcavüzü zamanı əsir götürülmüş Lyudvik Mkrtçyan və Alyoşa Xosrovyana qarşı rəsmi Bakının cinayət təqibini qətiyyətlə pisləyir.

“Beynəlxalq humanitar hüququna, xüsusilə də Cenevrə Konvensiyalarına əsasən, onlar hərbi əsir sayılır və onlar hərbi əməliyyatlardan sonra azad buraxılmalı idi. Lakin Azərbaycan onlara qarşı süni cinayət işləri açır və beynəlxalq humanitar hüquq normalarını və 2020-ci noyabr 9 tarixli üçtərəfli bəyanatla götürdüyü öhdəliklərini şəkildə pozur.

Beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Azərbaycan erməni əsirlərindən siyasi girov kimi istifadə etməyə, onlara işgəncə verməyə davam edir:

Qeyd etmək istəyirik ki, Azərbaycan indiyədək erməni əsirlər və mülki şəxslərə qarşı qəddar və qeyri-insani rəftar göstərmiş, onları qətlə yetirmiş şəxsləri məsuliyyətə cəlb edilməyib, baxmayaraq ki bu şəxslər törətdikləri cinayətləri açıq şəkildə yayımlamışdılar.

Rəsmi Bakı aydın şəkildə AİHM-in Azərbaycanda saxlanılan erməni hərbçilər və mülki şəxslər barədə məlumat təqdim etməni tələb edən müvafiq qərarlarına məhəl qoymur. Nəticədə, 2021-ci il 9 mart tarixdə məhkəmə reqlamentinin 39-cü maddəsinin 2-ci hissəsinə əsasən, AİHM Avropa Şurası Nazirlər Komitəsini Azərbaycana qarşı müvəqqəti tədbirləri barədə xəbərdar etməyə qərar verdi.

Azərbaycanda girov saxlanılan erməni hərbi əsirlər və mülki şəxslər, əsirlik şəraitindən asılı olmayaraq ən qısa müddətdə sərbəst buraxılmalı və heç bir şərt qoyulmadan vətənə göndərilməlidir”,- deyə bəyanatda qeyd olunub.

Daha çox göstər
Back to top button