BaşlıcaİctimaiyyətTəhlil

Azərbaycandakı etiraz aksiyaları hüquq və demokratik prinsiplərin olmadığını göstərir

Vətəndaşların ayrı-ayrı idarələr önündə aksiyalar keçirməklə özlərini ifadə etmək istəmələri hakimiyyətin ölkədə hüququ və demokratik prinsipləri qorumamasının göstəricisidir.  

“Müdafiə Xətti” İnsan Haqları İctimai Birliyinin təsisçilərindən Rüfət Səfərov bunu Turan-ın “Çətin sual” proqramının efirində deyib.

Dünən mayın 24-ü səhər “Gəncə məhbusları” anaları Prezident Administrasiyası önünə toplaşmaq istəyiblər. Amma istəklərinə nail ola bilməyiblər, polis onların Prezident Administrasiyası önünə toplaşmalarına imkan verməyib. Şikayətçilər avtobusa mindirilərək aparılıblar.

Vətəndaşla belə davranışın səbəblərinə gəlincə hüquq müdafiəçisi bunu sərbəst toplaşmaq hüququnun reallaşıdırılmasna imkan verilməməsi hesab edir. Ancaq sərbəst toplaşmaq azadlığı insan azadlığının əsas təməl prindiprlərindən biridir.

Səfərov əlavə edir ki, bu hüquq həm Azərbaycan qanunvriciliyində, həm də hüquq və insan azadlıqları ilə bağlı beynəlxalq konvensiyalarda əksini tapır.

Onun fikrincə, “Gəncə məhbusları” valdeynlərinin aksiyası  vətəndaşın ölkədə hüquqa və məhkəmələrə etibarının olmamasını göstərir:

Sərbəst toplaşma hüququnun gerçəkləşməməsinə gəlincə, hüquq müdafiəçisi bunu hakimiyyətin uğurlu siyasət aparmasına daxili inamının olmaması ilə əlaqələndirir.

O, əlavə edir ki, media azadlığı və s. kimi göstəricilərdə beynəlxalq reytinlqərdə Azərbaycanın göstəriciləri çox aşağıdır və hakimiyyət demokratik imici barədə düşünməlidir. Səfərov deyir ki, hakimiyyət insanların sərbəst toplaşamasını özünə qarşı addım kimi görür, əslində isə insanlar öz problemlərini qaldırırlar.

Daha çox göstər
Back to top button