Yeni sənədin imzalanmasının Ermənistana və Artsaxa nə verəcəyini zaman göstərəcək. Artsax Xarici işlər naziri Davit Babayan, jurnalistlə söhbəti zamanı, Ermənistan Respublikası Baş naziri vəzifəsinin səlahiyyətçisi Nikol Paşinyan tərəfindən imzalanmağa hazırlanan və böyük səs-küyə səbəb olan yeni sənədə dair fikir bildirərək qeyd edib.
“Bizim Azərbaycanla ciddi problemlərimiz var, bu uzun danışıqların məsələsi olmalıdır. Yenə deyirəm, sərhədlər, Artsax, Artsaxın statusu, işğal olunmuş ərazilər,onların statuslarıdır və bütün bunların hamısı vaxt tələb edən məsələlərdir” – deyərək o, qeyd edib.
Yeni sənəd Artsaxın gələcək mövcudluğunu təhlükə altına qoyurmu? Babayan bu suala cavab verməkdə çətinlik çəkir.
Əvəzindəsə,onun fikrindən belə keçmir, keçə də bilməz ki, haçansa elə bir siyasi xadim, üstəlik lider tapıla bilər ki,Artsaxı və okupasiya olunmuş ərazini Azərbaycanın hissəsi olaraq tanıyacaq.
“Artsax bütün spekulasiyalardan üstün olmalıdır” – deyərək Artsax Xİ naziri qeyd edib.
Onun qənaətincə, son dərəcə diqqətli olunmalıdır. Unutmamalıyıq ki, bu gün Azərbaycan hətta noyabrın 9-da olan sənədi üzərinə götürdüyü öhdəlikləri belə yerinə yetirməyir.
“Görürsünüz ki, əsirlərə qarşı hansı siyasət yürüdür. “İşğal” altında olan ərazilərdə erməniliyin məhv edilməsi baxımından hansı və necə siyasət yürüdür. Bütün bunlarsa Azərbaycanın necə olduğunu sübut edir” – deyərək Babayan əlavə edib.