BaşlıcaSiyasət

Ara Ayvazyan və Avstriya Xarici işlər naziri DQ münaqişəsinin hərtərəfli həllinə ehtiyac olduğunu vurğuladılar

Ermənistan Respublikası Xarici işlər naziri vəifəsini icra edən  Ara Ayvazyan, Avstriya Xarici işlər naziri Aleksandr Şalenberg ilə telefon danışığını edib.

Bu haqda ER Xarici işlər nazirliyinin informasiya və İctimai Diplomatiya departamentindən məlumatlandırılıb.

Telefon danışığının əsas mövzusu Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə nüfuz etməsi nəticəsində yaranmış vəziyyət olub.

 Ermənistan Respublikası Xarici işlər naziri vəzifəsini icra edən Ayvazyan  bu sahədə baş verən son hadisələri ətraflı şəkildə təqdim edərək, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Ermənistan Respublikası ərazilərindən çəkilməsinə dair ER prinsipial mövqeyini təsdiqlədi.

Hər iki tərəf regional sabitliyi və təhlükəsizliyi qorumağın vacibliyini vurğuladı. Bu kontekstdə, müharibə nəticəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və   təcili həllini  tələb edən humanitar problemlərin təcili olaraq ünvanlanması  mühümlüyünü qeyd edib.

İkitərəfli gündəliyə aid bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı və müxtəlif səviyyələrdə təmaslar da daxil olmaqla siyasi dialoqun intensivləşdirilməsinə dair qarşılıqlı öhdəlik vurğulandı.

Daha çox göstər
Back to top button