Ermənistan Respublikası Prezidenti Armen Sarkisyan mayın 25-də Ermənistan Respublikasında Fransa Respublikasının Fövqalədə və səlahiyyətli səfiri Conatan Lakoti qəbul edib.
Prezident administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Prezident Sarkisyan və Fransa səfiri, Ermənistan sərhəddində olan vəziyyətə, Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzünə, eləcə də Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin təcili qayıdışı məsələsinə toxunmuşlar.
Mənbəyə əsasən, həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri ilə yanaşı ikitərəfli münasibətlərin mövcud gündəliyi barədə fikir mübadiləsi apardılar.