BaşlıcaSiyasət

Ermənistan-Azərbaycan sərhədindəki son inkişaflar KTMT-də müzakirə olundu

25 mayda KTMT-nin kollektiv qərargahında KTMT-yə üzv ölkələrin Müdafiə və Təhlükəsizlik Komitələrinin nümayəndələrinin görüşü baş tutdu.

KTMT Baş katibinin müavini Valeri Semerikov bildirdi ki, 2020-ci il noyabrın 9-da Ermənistan Baş naziri, Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış üçtərəfli bəyanatdan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət ümumi olaraq sabitdir.

Təşkilatın kollektiv qərargahının iclasında çıxış edən Semerikov, uzunmüddətli sülh perspektivinin Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti və davam edən danışıqlar prosesi ilə gücləndiyini qeyd etdi.

O həmçinin Ermənistan-Azərbaycan sərhədindəki böhran vəziyyətinə toxundu və əlavə edib ki, “Ermənistan-Azərbaycan sərhədindəki son gərginlik, ilk növbədə, siyasi-diplomatik xarakterli təcili tədbirlər tələb edir”.

İclasda ER Müdafiə və Təhlükəsizlik məsələləri üzrə Daimi Komitəsinin sədri Andranik Koçaryan Ermənistanın Syunik bölgəsinin Azərbaycanla həmsərhəd bölgələrindəki vəziyyətə toxunaraq qeyd edib ki, KTMT üzv dövlətinin ərazi bütövlüyünə təcavüz yolverilməzdir.

Daha çox göstər
Back to top button